Moskva vilayəti Dolqoprudnıy şəhərinin Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları ictimai təşkilatının üzvləri
07 may 2021 21:28 (UTC +04:00)

Moskva vilayəti Dolqoprudnıy şəhərinin Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları ictimai təşkilatının üzvləri

Rus veteranlar erməni "qəhrəmanı" haqda nələr demədi: ADINA HEÇ NƏ OLMAMALIDIR! - FOTO

“Postsovet məkanında Qaregin Njdenin heykəli, memorialı, onun adını əbədiləşdirən heç nə olmamalıdır”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Moskva vilayəti Dolqoprudnıy şəhərinin Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları ictimai təşkilatının sədri Vladimir Drozdov bildirib.

O, Rusiya veteranlarının faşistlərin qəhrəmanlaşdırılmasına mənfi yanaşdıqlarını söyləyib: “Biz buna olduqca mənfi yanaşırıq. Bizim veteranlar təşkilatı bu hadisədən xəbər tutan kimi qərara gəldik ki, müvafiq strukturlara müraciət edək. Çünki faşizmin, nasizmin hər cür təzahürü yolverilməzdir. Təəssüflər olsun ki, biz Ermənistanda bunu görürük. Nasizm heç bir halda, heç bir formada baş qaldıra bilməz. Əgər bu baş versə, biz yenidən ötən əsrin 30-40-cı illərindəki hadisələrin yenidən təkrarlanmasının şahidi olacağıq. Tarix bizə belə səhvləri heç vaxt bağışlamaz. Ona görə də qərara gəldik ki, Qarabağda Njdenin abidəsinin sökülməsi ilə bağlı çağırış edək. Postsovet məkanında Njdenin heykəli, memorialı, onu əbədiləşdirən heç nə olmamalıdır. Ancaq bu yolla biz, post sovet məkanında sülhü möhkəmləndirə bilərik”.

Orlov və Kurks döyüşlərinin iştirakçısı olmuş Böyük Vətən Müharibəsi veteranı polkovnik Aleksandr Umerenkov erməni Qaregin Njdenin abidəsini qoyanların faşizim nə olduğunu unutduqlarını söyləyib: “Onlar Sovetlər İttifaqı xalqının nə qədər itki verdiyini unudublar. Ona görə də hesab edirəm ki, Njdenin abidəsi sökülməlidir. Ümumiyyətlə bu mövzu gündəmdən çıxarılmalıdır ki, bir daha onun mövcudiyyətindən danışılmasın”.

Rusiya Silahlı Qüvvələrinin veteran Vasiliy Fedusenko da erməni Njdenin abidəsinin Qarabağda və o cümlədən Ermənistanda qoyulmasının qəbuledilməz olduğunu söyləyib: “Mən bu hadisəyə çox mənfi yanaşıram. Tarixi saxtalaşdırmaq, faşizmi qəhrəmanlaşdırmaq olmaz”.

Qeyd edək ki, Moskva vilayəti Dolqoprudnıy şəhərinin Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları ictimai təşkilatı Rusiyanın federal hakimiyyət orqanlarına faşist Qaregin Njdenin Qarabağdakı heykəlinin sökülməsi ilə bağlı müraciət ediblər. Təşkilatın analoji müraciəti Rusiya Xarici İşlər və Müdafiə nazirliklərinə də göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4197

Oxşar yazılar

Almaniya prezidenti Azərbaycana gəldi

Almaniya prezidenti Azərbaycana gəldi

1 aprel 2025 , 21:31
Azərbaycanda  maliyyə hesabatı   təqdim edən partiyaların SİYAHISI

Azərbaycanda maliyyə hesabatı təqdim edən partiyaların SİYAHISI

1 aprel 2025 , 19:49
Tramp Putini  diz çökdürə   bilər -  İDDİA

Tramp Putini diz çökdürə bilər - İDDİA

1 aprel 2025 , 19:46
Baş prokuror Vyetnamda

Baş prokuror Vyetnamda

1 aprel 2025 , 15:05
Almaniya Azərbaycandan üzr istədi

Almaniya Azərbaycandan üzr istədi

1 aprel 2025 , 08:29
Ralf Horlemann

Almaniya səfirinə SƏRT XƏBƏRDARLIQ: "Üzrxahlıq edilməlidir!"

31 mart 2025 , 19:34
Ermənistan silahlı təxribatlarını belə gizlədir

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 mart 2025 , 18:25
Ermənistandan növbəti TƏXRİBAT:  Dron qaldırdı, atəş açdı...

Ermənistandan növbəti TƏXRİBAT: Dron qaldırdı, atəş açdı...

31 mart 2025 , 10:18