Mən nəqliyyat naziri Vitali Savelyevlə kəskin mübahisə etdim və yerli texnikanın alınmasına diqqət yetirməyə çağırdım.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin aviasiya sənayesinin nümayəndələri ilə görüşündə deyib.
Eyni zamanda Putin əlavə edib ki, nazir sənayeni xilas edə bilib.
“Həm maliyyə sistemi, həm də bütün digər sahələr problemsiz işləyir”, - o, vurğulayıb.
Putin Rusiyanın ən çətin mərhələləri keçdiyinə ümid etdiyini bildirib və aviasiya sənayesində təhlükəsizlik məsələlərinin nəzərə alınmasının vacibliyinə işarə edib.
O, əmin edib ki, Rusiya Federasiyası yerli təyyarələrlə beynəlxalq bazarlara çıxacaq və aşağı büdcəli aviaşirkətləri inkişaf etdirməyə davam edəcək.