Məşhur israilli ekstrasens, illüziyaçı və mistifikator Uri Qeller Mərkəzi Kəşfiyyat İdarəsi ilə iş təcrübəsindən danışıb. Ekstrasens karyerasının əvvəlində 1970-ci ildə Tel-Əvivdə metal əyilmə nümayişi zamanı o, qəfildən Misir prezidenti Nasirin öldüyünü hiss edib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, bu qabaqcadan hiisetmə Nasirin faktiki ölümü ilə üst-üstə düşüb və bu, sözün əsl mənasında həmin anda baş verib. Bu hadisə İsrail hərbçilərinin və Mərkəzi Kəşfiyyat İdarəsinin diqqətini çəkib və o vaxtdan onun qabiliyyətləri ciddi qəbul edilib.
Qeller, düşmən mövqeləri haqqında məlumat toplamaq üçün “uzaqdan baxış” üsullarından istifadə edən “Ulduz qapısı” adlı ABŞ-ın casus proqramında iştirak etdiyini söyləyib. Bu proqram bu günə qədər dəyişdirilmiş formada mövcud olmaqda davam edir.
Qellerin sözlərinə görə, ekstrasenslər hələ də Amerikanın müxtəlif yerlərində fəaliyyət göstərirlər, çünki casusluq üçün ucuz bir vasitədir.
Bundan əlavə, Qeller bəzən fiziki mövcudluğu tələb edən tapşırıqları yerinə yetirib. O, müxtəlif ölkələrdə yerləşən nüvə obyektləri üzərində səs sürətinə yaxın səyahət edən təyyarələrdə uçub. Onun vəzifəsi uçuş zamanı qəbul edə biləcəyi hər şeyi hiss etmək olub..
O, eyni zamanda Cənubi Koreyada da helikopterlə oxşar missiyaları həyata keçirib, burada Şimali Koreya ilə sərhəddə sonradan Seul qüvvələri tərəfindən dağıdılan tunellərin xəritələşdirilməsinə kömək edib.