İqbal Ağazadə prezident seçkilərində İlham Əliyevi dəstəklədi
18 dekabr 2023 14:14 (UTC +04:00)

İqbal Ağazadə prezident seçkilərində İlham Əliyevi dəstəklədi

Azərbaycan Ümid Partiyası növbədənkənar prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb.

Lent.az-ın xəbərinə görə, partiya prezident seçkilərində hazırki Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir və bunu ölkəmiz, xalqımız adına ən doğru qərar hesab edir.

“Baxmayaraq ki, bu gün torpaqlarımız işğaldan azad edilib, dövlət sərhədlərimizə nəzarət öz əlimizdədir, amma proses hələ bitməyib. Müxtəlif xarici təsirlər, bəzən təhdidlər, sülh müqaviləsinin bağlanmaması hələ də narahatlıq və böyük nigaranlıq yaradır. Belə vəziyyətdə başlanılan və uğurla aparılan bir siyasətin yekununa varması üçün mütləq stabillik və davamlılıq, o cümlədən bu prosesi aparan Ali Baş Komandan İlham Əliyevin öz vəzifəsini icra etməsi ən məqəsədəuyğun hal olardı”, - qərarda vurğulanır.

 

APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3822
avatar

Oxşar yazılar