Fəzail Ağamalı geri çəkildi, QIZI NAMİZƏD OLDU
17 iyul 2024 16:28 (UTC +04:00)

Fəzail Ağamalı geri çəkildi, QIZI NAMİZƏD OLDU

Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. 

Artıq seçkidə iştirak edən şəxslər hansı dairələrdən namizədliyini irəli sürəcəklərini elan edirlər.

Lent.az-a açıqlama verən "Ana Vətən" partiyasının sədri Fəzail Ağamalı  səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib:

"Bu il iştirak etməyəcəm. Səhhətimdə bəzi problemlər var. Ona görə namizəd olmamağı qərara aldım".

Partiya sədri qızının namizədliyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib.

Onun sözlərinə görə, qızı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizədliyini irəli sürüb:

"Bu il qızım seçkilərdə iştirak edəcək. Qızım, Günay Ağamalı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizədliyini irəli sürüb". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1290
avatar

Fidan İlqar

Oxşar yazılar