Əli İnsanovun partiyası seçkiyə gedir, özü isə yox
10 iyul 2024 23:12 (UTC +04:00)

Əli İnsanovun partiyası seçkiyə gedir, özü isə yox

Haqq Ədalət Partiyası ( HƏP) növbədənkənar parlament seçkilərində iştirak etməklə bağlı qərar qəbul edib.

Lent.az-ın məlumatına görə, partiyanın yaydığı press-relizdə HƏP İdarə Heyətinin bugünkü iclasında sədr Əli İnsanovun növbədənkənar parlament seçkiləri haqqında məlumat verdiyi qeyd edilib.

Partiya İdarə Heyəti seçkidə iştirak etməklə bağlı qərar qəbul edib.

İclasda Mərkəzi Seçki Komissiyasında HƏP-i təmsil edəcək səlahiyyətli nümayəndələr və namizədlikləri irəli sürülmüş partiya üzvlərinin siyahısı da müəyyənləşdirilib.

HƏP-in açıqladığı siyahıya görə, partiya 9 dairədən namizəd irəli sürəcək.

HƏP sədri Əli İnsanov namizədlər arasında yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743
avatar

Oxşar yazılar