Bakı Ukraynaya silah tədarükünə  mövcud qadağanın yenidən nəzərdən keçirilməsi imkanını araşdırır
10 avqust 2025 19:50 (UTC +04:00)

Bakı Ukraynaya silah tədarükünə mövcud qadağanın yenidən nəzərdən keçirilməsi imkanını araşdırır

Bakı hazırda Ukraynaya silah tədarükünə mövcud qadağanın yenidən nəzərdən keçirilməsi imkanını araşdırır.

Lent.az xəbər verir ki, Vesti.az-ın diplomatik mənbələrə istinadən verdiyi  məlumata görə, belə addım Rusiyanın Azərbaycanın enerji maraqlarına aid obyektlərə qarşı aqressiv fəaliyyətlərini davam etdirməsi halında atıla bilər.

Qeyd edək ki,  avqustun 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Dövlət başçıları Rusiyanın silahlı qüvvələri tərəfindən Ukrayna ərazisində Azərbaycan enerji resurslarının nəqli ilə bağlı obyektlərə endirilən zərbələri pisləyiblər. Söhbət Orlovkada yerləşən qazpaylayıcı stansiyadan və Odessa vilayətindəki SOCAR neft bazasından gedir.

Avqustun 8-nə keçən gecə Rusiya kamikadze dronları neft bazasına hücum edərək anbarlarda yanğına səbəb olub, dizel boru kəməri zədələnib. Nəticədə dörd əməkdaş xəsarət alıb.

Bundan əvvəl isə Orlovkadakı stansiyaya zərbə endirilmişdi — bu stansiya 28 iyundan etibarən Azərbaycan qazının Ukraynaya nəqlinə başlanılan Trans-Balkan qaz kəmərinin əsas qovşağıdır.

Hücumlara baxmayaraq, Prezident İlham Əliyev bəyan edib ki, Ukrayna ilə enerji əməkdaşlığı davam edəcək və pozulmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408

Oxşar yazılar