"Bakı Qlobal Forumunun təşkili etimadı əks etdirir" - Hikmət Hacıyev
12 mart 2026 10:03 (UTC +04:00)

"Bakı Qlobal Forumunun təşkili etimadı əks etdirir" - Hikmət Hacıyev

0

XIII Qlobal Bakı Forumu fəaliyyətə başlayır, Prezident İlham Əliyev açılış nitqini söyləyəcək.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.

O qeyd edib ki, forum bugünkü dünya üçün olduqca aktual bir mövzuya həsr olunub və bu, beynəlxalq sistemin dərin transformasiyalar keçirdiyi bir dövrə təsadüf edir.

"Dünyanın bir çox yerlərində uçuşların ləğv edildiyi və səyahət xəbərdarlıqlarının artdığı bir vaxtda belə beynəlxalq konfransda təxminən 400 iştirakçının bir araya gətirilməsi əhəmiyyətli səylər və koordinasiya tələb edir. Bu tədbirin uğurla təşkil olunması və dialoq və müzakirə üçün platforma yaradılması çoxtərəfli əməkdaşlığa güclü sadiqliyi nümayiş etdirir.

Bu tədbir eyni zamanda beynəlxalq ictimaiyyətin Azərbaycana regionun diplomatik mərkəzlərindən biri kimi göstərdiyi etimadı da əks etdirir", - Hikmət Hacıyev vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar