Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 18:30 (UTC +04:00)

Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib

Avqustun 12-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

MDB ölkələrinin cinayətkarlıqla birgə mübarizə, habelə hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, qeyri-qanuni miqrasiya problemləri və onların həlli yolları; informasiya-kommunikasiya texnologiyalarından istifadə və digər məsələlərin müzakirə oldunduğu iclasda Azərbaycan Respublikasının daxili işlər naziri iştirak etməyib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan DİN şuranın iclasında iştirakdan imtina edib.

Rusiya mediasının yaydığı məlumatlara görə, Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsevin sədrliyi ilə keçirilən iclasda ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin Böyük Vətən Müharibəsində Böyük Qələbənin 80 illiyinə həsr olunmuş anım tədbirlərində iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296

Oxşar yazılar