Avropa mediası Kəlbəcərdə şəhid olan jurnalistlərimizdən yazdı
05 iyun 2021 18:11 (UTC +04:00)

Avropa mediası Kəlbəcərdə şəhid olan jurnalistlərimizdən yazdı

Azərbaycan–Monteneqro İqtisadi ve Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ölkənin https://skalaradio.com  və https://www.aktuelno.me  xəbər saytlarında Kəlbəcərdə mina partlaması nəticəsində Azərbaycan jurnalistlərinin və mülki şəxslərin həlak olması barədə ətraflı məlumat yayılıb.

Azərbaycan Diaspora Komitəsindən Lent.az-a verilən məlumata görə, məqalələrdə bildirilib ki, Kəlbəcər rayonunda xidməti vəzifəsini yerinə yetirərkən Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev minaya düşərək həlak olublar, 4 nəfər isə yaralanıb.

Kəlbəcərdə baş verən dəhşətli hadisə işğaldan azad edilmiş rayonları tərk etməyə məcbur olan Ermənistanın bu ərazilərdə qəsdən minalar yerləşdirdiyini bir daha sübut edir. Bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin diversant qrupunun bir neçə üzvünün Kəlbəcər istiqamətindən Azərbaycan ərazisinə daxil olaraq yolları minalamağa cəhd edərkən yaxalandığına diqqət cəlb edilib.

Rəsmi Bakının mina xəritələrinin təqdim edilməsi ilə bağlı beynəlxalq səviyyədə çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistanın indiyədək bundan imtina etdiyi, beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam etdiyi vurğulanıb.

Məlumatları daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://skalaradio.com/informacija-sluzbe-za-odnose-sa-javnoscu-ministarstva-vanjskih-poslova-republike-azerbejdzan-o-smrti-civila-usljed-eksplozije-mina-u-kelbadzaru/?fbclid=IwAR1IzX6MOePND3PjhT4zZejYjwDJIc05XEnUuyvmqiTY0YFqoUmZ7cnftAU

 

https://www.aktuelno.me/svijet/filmska-ekipa-naletjela-na-minu-u-kelbadzaru-poginule-dvije-osobe-cetiri-ranjene/?fbclid=IwAR1T191Nccq_ncFendjQtSdz0t8aD_uLRndMP9C90rDxjzCMnX4tbeV84wg

 

 

Bolqarıstan mətbuatında da Kəlbəcər rayonunda minanın partlaması nəticəsində 3 nəfərin həlak olması ilə bağlı məlumatlar dərc edilib

Bildirilib ki, Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi yaxınlığında tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Əliyev, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov (Əlioğlu) və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsinin müavini Arif Əliyev həlak olması barədə Bolqarıstanın aparıcı xəbər agentliklərində məlumatlar yayılıb.

Məlumatlarda Azərbaycan tərəfinin Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırmasına xüsusi vurğulanıb, bu ərazidəki minaların Ermənistan tərəfindən, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirildiyi qeyd olunub.

Xəbərlərdə vurğulanıb ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb edir. Ermənistan isə bundan israrla imtina edir

# 2445
avatar

Oxşar yazılar