Qaçırlar. Şanlı Azərbaycan ordusu sözün həqiqi mənasında onları iti qovan kimi qovur. İndi ancaq və ancaq saxta videomateriallar hazırlayıb, mahiyyətlərinə, xislətlərinə uyğun saxtakarlıqla məşğul olmaqdan başqa əllərindən heç nə gəlmir.
Amma bunu da bacarmırlar. İş o yerə çatıb ki, arxa cəbhədə teatral səhnələr qururlar, hətta ötən illərin arxivlərindən qalmış xroniki materiallardan belə istifadə edirlər. İndi “gebbelsvari” erməni təbliğatının gücü saxta videomateriallarla psixoloji gərginlik yaratmaq niyyəti güdürlər. Amma bu da baş tutmur. “Fake” videolarda guya azərbaycanlı əsgərləri əsir götürdüklərini, bununla da Azərbaycan cəmiyyətinə təsir etmək niyyətindədirlər. Amma bir şeyi unudurlar: Azərbaycan əsgəri, Azərbaycan xalqı Vətən Müharibəsi aparır, haqq davası aparır. Üç ay əvvəl Tovuz döyüşlərinin ilk günlərində on minlərlə Azərbaycan insanı - gəncindən yaşlısına, qadınınadək hərbi komissarlığa üz tutanda ermənilər anlamalıydılar ki, artıq xalq bir yumruq kimi birləşib.
Bu xalqın övladı şəhid olmağa da sevinə-sevinə gedir.
Bu xalqın şəhid atası oğlunun ölümünü “təki vətən sağ olsun” deyə qarşılayır.
Dünyanın heç bir yerində ana öz övladının nəşini çiyninə alıb son mənzilə yola salmır.
Dünyanın heç bir yerində həmin ölkədə yaşayan onlarla xalqın nümayəndəsi - rusu, talışı, yəhudisi, ləzgisi, tatarı, haputu, avarı, inqiloyu “Bura bizim vətənimizdir, vətən də anadır” - deyib düşmən gülləsi önünə atılmır.
Təkcə ön cəbhədə deyil belə vəziyyət. Cəbhə zonasından uzaqda yaşananlar da eynən. Hamı, uşaqdan-böyüyə hamı, cəbhəyə, orduya əlindən gələni etməyə hazırdır. Körpə uşaqlar gəlincik pulunu, bir az böyüklər arzunda olduğu, nə vaxtsa almaq istədikləri velosipedin pulunu belə orduya göndərir. Hamı, Prezidentin də dediyi kimi, yumruq tək birləşib. Dinindən, dilindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hamı Ali Baş Komandanın ətrafındadır.
Bizim uğurlarımızın ən böyük səbəbi həm də bilirsinizmi nədir? Öz torpağımızın azadlığı üçün mübarizə aparmağımız. Erməniləri isə bu məqamda heç bir dəyər birləşdirmir. Heç bir motivasiyaları yoxdur, işğalçı olduqlarını, nə zamansa burdan it kimi qovulacaqlarını gözəl bilirlər.
Və nəhayət, ƏLAHƏZRƏT VAXT gəlib çatdı. Bircə gün bəs elədi ki, ermənilər Azərbaycan ordusunu qarşısından qaçsın. Hələ də qaçırlar, qovulurlar, döyüşmək istəmirlər, psixoloji durumları çox ağırdır. Ona görə də hikkələrini dinc insanlardan, döyüş zonasından onlarla kilometr uzaqlıqda yerləşən şəhərlərə raket atmaqla çıxırlar. Gecə vaxtı yatan insanları öldürən uşaq qatilinə çevriliblər. Erməni anları şokdadırlar. Minlərlə erməni əsgərindən xəbər yoxdur. Onların aqibəti bəlli deyil. Minlərlə erməni əsgəri isə fərarilik edir, döyüşmək istəmir. Paşinyan yalvarır, mücərrəd 30 nəfərlik dəstələr formalaşdırmaq istəyir. Amma..
Amma vuruşmaq istəyən yoxdur. Əlacları saxta, o məşhur ifadəylə desək, düşük psixoloji təzyiq metodlarından istifadə etməyə başlayıblar. Ruh yüksəkliyi pik həddə olan Azərbaycan xalqına psixoloji təsir göstərəcəklərinə ümidlidirlər. Unudurlar, biz çoxuq, biz böyüyük, cəbhədə həlak olan bir şəhidin yerinə 10 nəfər komissarlıqlarda növbə gözləyir. Və bir məqamı da yaddan çıxarıblar. Azərbaycan daha onların düşündükləri Azərbaycan deyil. Güclü Lider, güclü Dövlət, güclü Xalqın son zərbəsinə isə çox az qalıb.
Lap az…