Ordubadda 538 abonentin təbii qaz təchizatı  dayandırıldı
16 iyun 2026 23:02 (UTC +04:00)

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırıldı

0

Ordubad rayonunun Biləv kəndində yerləşən su elektrik stansiyasının gölündə suyun tam açılması nəticəsində diametri 159 millimetr olan qaz xətti qırılıb.

Lent.az xəbər verir ki, hadisə ilə əlaqədar olaraq, bu gün saat 17:45-dən etibarən Ordubad rayonunun Gilançay, Biləv, Bəhrud, Parağa, Parağaçay, Tivi, Nəsirvaz, Bist, Ələhi, Xurs və Nürgüt kəndlərinin qaz təchizatı dayandırılıb.

Qəza nəticəsində qaz təchizatı dayandırılan aktiv abonentlərin sayı 538-dir.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması və qaz təchizatının bərpası istiqamətində müvafiq tədbirlər görülür.

 

Ceyhun Məmmədov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar