Putin onu tənqid edən incəsənət xadimini Polşada öldürdü
17 iyun 2026 05:26 (UTC +04:00)

Putin onu tənqid edən incəsənət xadimini Polşada öldürdü

0

Rusiya prezidenti Vladimir Putin haqqında tənqidi əsərləri ilə tanınan rusiyalı rəssam Robert Kuzovkov (yaradıcılıqda Semyon Skrepetsky təxəllüsündən istifadə edirdi) Polşada silahlı hücum nəticəsində həlak olub.

Lent.az xəbər verir ki, hadisə Polşanın Belarus sərhədinə yaxın yerləşən Biała Podlaska şəhərində baş verib. Prokurorluğun məlumatına görə, rəssama beş dəfə atəş açılıb və güllələrdən biri başına dəyib. O, aldığı yaralardan hadisə yerində dünyasını dəyişib.

İş üzrə iki Belarus vətəndaşı saxlanılıb, lakin onlara hələ rəsmi ittiham irəli sürülməyib. Polşa hüquq-mühafizə orqanları hadisənin sifarişli qətl olub-olmadığını araşdırır.

44 yaşlı Kuzovkov əsərlərində Putinlə yanaşı, Belarus prezidenti Alexander Lukashenko və Çeçenistan rəhbəri Ramzan Kadyrov kimi şəxsləri də kəskin tənqid etməsi ilə tanınırdı.

O, 2021-ci ildə siyasi təzyiqlərdən ehtiyat etdiyi üçün Rusiyanı tərk etmişdi. Ölümündən bir neçə gün əvvəl isə Berlində Rusiya səfirliyi qarşısında etiraz aksiyasında iştirak etmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar