Meloni Ərdoğanın məsləhətinə qulaq asdı – Siqareti tərgitdi
17 iyun 2026 01:09 (UTC +04:00)

Meloni Ərdoğanın məsləhətinə qulaq asdı – Siqareti tərgitdi

0

Prezident Ərdoğanın ötən ilin oktyabr ayında Misirdə keçirilən Qəzza sammitində "Onu siqaretdən uzaqlaşdırmalıyam" dediyi İtaliyanın Baş naziri Giorgia Meloni, 8 aydan sonra siqareti tərgitdiyini açıqlayıb.

Lent.az xəbər verir ki, tütün məhsullarına qarşı mübarizəsi ilə tanınan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 2025-ci ilin oktyabr ayında Misirdə keçirilən Qəzza sammitində İtaliya Baş naziri Giorgia Meloni ilə görüşü zamanı Meloniyə siqareti tərgitməli olduğunu demişdi.

Həmin anda otaqda olan Fransa prezidenti Emmanuel Makron gülərək bunun mümkün olmadığını demişdi.

Ərdoğan Meloniyə siqareti tərgitməyi məsləhət gördükdən səkkiz ay sonra, bu gün Fransanın ev sahibliyi etdiyi G7 Zirvə Görüşündə Meloni ötən ay siqareti tərgitdiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar