Prokuror 11 il əvvəl qətl törədən şəxsə CƏZA İSTƏDİ
16 iyun 2026 16:56 (UTC +04:00)

Prokuror 11 il əvvəl qətl törədən şəxsə CƏZA İSTƏDİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə bıçaqla xəsarət yetirərək ölümə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid K.C həmin gün işə gələrkən təqsirləndirilən şəxslə təsadüfən qarşılaşdığını bildirib:

"2014-cü ilin 19  noyabr tarixi idi; saat haradasa axşam saat 19:00 radələri olardı. Şöbəyə gələndə ara küçədən keçərkən bir şəxsin üzü mən tərəfə qaçdığını gördüm. Onun əynində qara gödəkcə vardı, üzünü tam olaraq görə bilmədim. Ara yollardan keçərkən o şəxsi  itirdim. İşlədiyim polis şöbəsinə çatdıqdan təxminən 20 dəqiqə sonra bir nəfər şəxsin bıçaqlanma nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə məlumat eşitdim. Dərhal əməliyyat qrupu yaradıldı". 

Daha sonra sənədlərin tədqiqi mərhələsinə başlandığı elan edilib.

Dövlət ittihamçısı çıxış edib.

O çıxışında təqsirləndirilən Hüseyn Cəfərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müdafiə vəkili çıxış üçün vaxt istəyib.

Növbəti proses 18 iyun saat 17:00-a təyin olunub.

Xatırladaq ki, Sabunçu rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 il əvvəl, 2014-cü ilin 19 noyabr tarixində  1977-ci il təvəllüdlü Hənifə Namiq Naib oğlunun qəsdən öldürülməsi müəyyən olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, həyata keçirilən tədbirlərlə 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Cəfərov Hüseyn Gülağa oğlunun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla  yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.  

Hüseyn Cəfərov dekabrın 1-də Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib, müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar