Daha 84 nəfər Gürcüstandan deportasiya olundu:  azərbaycanlılar da var - VİDEO
21 oktyabr 2026 12:17 (UTC +04:00)

Daha 84 nəfər Gürcüstandan deportasiya olundu: azərbaycanlılar da var - VİDEO

0

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları 84 xarici ölkə vətəndaşını ölkədən deportasiya ediblər.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində Türkmənistan, Rusiya, Türkiyə, İordaniya, Misir, Hindistan, Azərbaycan, Livan, Nigeriya, Çin, Banqladeş, İraq, Kuba, Moldova, Panama, Səudiyyə Ərəbistanı və digər ölkələrin ümumilikdə 84 vətəndaşı Gürcüstandan çıxarılıb.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Bildirilib ki, cari il ərzində Miqrasiya Departamentinin əməkdaşları tərəfindən Gürcüstandan 3400-dən çox şəxs deportasiya edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar