Bakıda 6 avtomobili   talayan saxlanıldı
16 iyun 2026 16:50 (UTC +04:00)

Bakıda 6 avtomobili talayan saxlanıldı

0

Xəzər rayonu Binə qəsəbəsində 6 avtomobildən pul və digər qiymətli əşyalar oğurlanıb.

Lent.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Rəhimov müəyyən edilərək saxlanılıb.

Sumqayıtda isə silsilə velosiped oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı C.Quliyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxsdən əlavə olaraq narkotik vasitə - heroin də aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar