Sabirabadda canavarlar təsərrüfatlara hücum edib - FOTO
16 iyun 2026 14:04 (UTC +04:00)

Sabirabadda canavarlar təsərrüfatlara hücum edib - FOTO

0

Sabirabadda canavarlar təsərrüfatlara hücum edib.

Lent.az xəbər verir ki, hadisə rayonun Xəlfəli kəndində qeydə alınıb. 

Kənd sakini Mənsur Seydiyevə məxsus təsərrüfata hücum edən canavarlar 15-ə yaxın xırdabuynuzlu heyvanı parçalayıb. Nəticədə 5 qoyun tələf olub, digər heyvanlar isə yaralanıb. 

Mənsur Seydiyev bildirir ki, bu, son bir həftə ərzində canavarların onun təsərrüfatına ikinci hücumudur. Onun sözlərinə görə, yırtıcıların hücumları təkcə onun təsərrüfatı ilə məhdudlaşmır, kənddəki digər sakinlər də oxşar problemlə üzləşirlər.

Kənd sakinləri canavarların yaşayış məntəqələrinə yaxın ərazilərdə görünməsinin ciddi narahatlıq yaratdığını bildirərək aidiyyəti qurumlardan təhlükənin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər.

 

Əlibəy Zeynallı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar