Daha 3 marşrutun hərəkət sxemi dəyişdirildi
09 oktyabr 2026 09:21 (UTC +04:00)

Daha 3 marşrutun hərəkət sxemi dəyişdirildi

0

Paytaxtın Yeni Günəşli qəsəbəsinin İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. 

AYNA-dan Lent.az-a verilən xəbərə görə, məhdudiyyət səbəbindən 20, 55 və 104 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.
 
Dəyişikliyə əsasən: 

- 20 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Yeni Günəşli qəsəbəsinin Surxay Noçuyev küçəsinə dəyişdirilib;

- 55 nömrəli marşrutun son dayanacaq məntəqəsi Qaraçuxur qəsəbəsinin Etibar Bəkirli küçəsinə dəyişdirilib; 

- 104 nömrəli marşrutun hərəkəti 52-ci Qaraçuxur və Hatəm Allahverdiyev küçələri, Zığ şosesi və Gəncə prospekti ilə, daha sonra mövcud hərəkət sxemi üzrə təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar