Bakıda narkokuryerlik edən azyaşlı qızla oğlan TUTULDU   - VİDEO
16 iyun 2026 16:41 (UTC +04:00)

Bakıda narkokuryerlik edən azyaşlı qızla oğlan TUTULDU - VİDEO

0

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Lent.az xəbər verir ki, tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Vüsal Nəsirov və onunla əlbir olan yetkinlik yaşına çatmayan tanışı A.Əbilzadə saxlanılıblar. 

Onların sərnişin kimi istifadə etdiyi avtomobildən 9 kiloqram 915 qram marixuana, ümumilikdə 2 kiloqram isə heroin və metamfetamin aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. 

Faktla bağlı cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar