“Google Earth”də yenilik - Pulsuz uçuş simulyatoru əlavə edildi
17 iyun 2026 04:22 (UTC +04:00)

“Google Earth”də yenilik - Pulsuz uçuş simulyatoru əlavə edildi

0

“Google Earth”, istifadəçilərə dünyanı səmadan kəşf etməyə imkan verən pulsuz uçuş simulyatorunu istifadəyə verib.

Lent.az xəbər verir ki, iyunun 12-dən etibarən əlçatan olan bu funksiya birbaşa internet brauzerində işləyir və əlavə proqram quraşdırmağa ehtiyac yoxdur.

İstifadəçilər virtual təyyarə ilə dünyanın müxtəlif bölgələri üzərində uça, 3D binaları və yüksək keyfiyyətli peyk görüntülərini havadan izləyə bilərlər. Xidmət peşəkar pilotlardan daha çox adi istifadəçilər üçün nəzərdə tutulub.

Simulyatoru işə salmaq üçün “Google Earth” saytında “Explore Earth” → “Tools” → “Flight Simulator” bölməsinə daxil olmaq kifayətdir. İdarəetmə klaviatura vasitəsilə həyata keçirilir. Təyyarə qəzaya uğradıqda isə heç bir cərimə və ya xəbərdarlıq verilmir, uçuş sadəcə dayandırılır və yenidən başlatmaq mümkün olur.

Qeyd edək ki, uçuş simulyatoru əvvəllər yalnız “Google Earth”in masaüstü versiyasında mövcud idi, indi isə ilk dəfə olaraq veb versiyaya gətirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar