Cəmi 50 günə  - xırtıldayan və dadlı xiyar məhsulu necə əldə etmək olar?
16 iyun 2026 17:29 (UTC +04:00)

Cəmi 50 günə - xırtıldayan və dadlı xiyar məhsulu necə əldə etmək olar?

0

Xırtıldayan, şirəli və təzə xiyarlar çoxdan yay süfrələrinin əsas qəhrəmanına çevrilib. Onlardan salatlarda, sendviçlərdə istifadə edilir, turşuya qoyulur və ya birbaşa bağdan dərilib yeyilir. Xiyar ev bağçaları üçün ən əlverişli tərəvəzlərdən biridir. Toxumdan tez cücərir, həm açıq torpaqda, həm də qablarda yaxşı inkişaf edir və xüsusi qulluq tələb etmir. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, orta hesabla xiyarlar əkildikdən 50-70 gün sonra yığılmağa hazır olur. Lakin əlverişli şəraitdə bəzi növlər 45 gün ərzində də məhsul verə bilir. Əsas məsələ düzgün sort seçmək, bitkini kifayət qədər günəş işığı ilə təmin etmək və müntəzəm suvarmanı unutmaqdır.

Düzgün qulluq qaydaları

Torpağın daim nəm qalmasına diqqət edin

Xiyarın tərkibinin 95-96 faizi sudan ibarətdir. Buna görə də bitki müntəzəm suvarmaya ehtiyac duyur. Sabit rütubət böyüməni sürətləndirir, dadı yaxşılaşdırır və daha bol məhsul əldə etməyə kömək edir.

Bitkilər arasında məsafə saxlayın

Şpaler üsulu ilə becərərkən bitkilər arasında 30-45 santimetr, torpaq üzərində becərərkən isə 90-150 santimetr məsafə saxlamaq tövsiyə olunur. Bu, hava dövranını və işıqlandırmanı yaxşılaşdırır, eyni zamanda xəstəlik riskini azaldır.

Sekatordan istifadə edin

Xiyarları qoparmaq əvəzinə qayçı və ya sekatorla kəsmək məsləhətdir. Bu üsul bitkinin zoğlarının zədələnməsi ehtimalını azaldır.

Xiyarları yaşıl halda yığın

Saralmış meyvələr artıq yetişmənin göstəricisidir. Belə xiyarlar acı dada malik olur, qabığı bərkiyir və toxumları böyüyür. Vaxtında yığım isə yeni meyvələrin yaranmasını stimullaşdırır.

Xiyar ev şəraitində yetişdirilməsi ən asan tərəvəzlərdən biri hesab olunur. Lakin məhz düzgün qulluq məhsulun bol olmasını təmin edir. Günəş işığı, müntəzəm suvarma və bir qədər səbir sayəsində cəmi bir yarım-iki ay ərzində bağdan və ya balkondan ilk xırtıldayan xiyarları toplamaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar