Mətbuat Şurasının sədri beynəlxalq konfransa qatılacaq
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi” mövzusunda beynəlxalq konfransa qatılacaq. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, tədbir iyunun 23-25-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.
Özbəkistan hökumətinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə tanınmış Müstəqil Dövlətlər Birliyinin, eləcə də Avropanın media sahəsindəki nüfuzlu ekspertlərinin iştirakı nəzərdə tutulur. Konfransda medianın demokratik islahatlardakı yeri və roluna nəzər salınacaq, kütləvi informasiya vasitələrinin müasir bazar münasibətlərinə qoşulması yolları, bu istiqamətdəki problemlər müzakirə olunacaq. Toplantıda həmçinin regionda KİV-lərin inkişafına dövlət dəstəyinin təminatı ətrafında da fikir mübadilələri aparılacaq.

461