BBP-dən Azərbaycana dəstək
26 oktyabr 2009 11:00 (UTC +04:00)

BBP-dən Azərbaycana dəstək

“İmzalanan protokollarla faktiki Türkiyə Ermənistan qarşısında diz çökdürülüb”


Bu gün Türkiyənin Böyük Birlik Partiyası (BBP) İstanbul təşkilatının sədri Bayram Karacan bu qrup partiya üzvü ilə birlikdə Azərbaycanın bu şəhərdəki Baş Konsulluğunun qarşısına gəlib.


Lent.az-ın samanyoluhaber.com saytına istinadən verdiyi məlumata görə, erməni protokollarını tənqid edən partiya üzvlərinə Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran da dəstək verib.


Bayram Karacan deyib ki, Ermənistanla imzalanan protokolların Türkiyə üçün heç bir xeyri yoxdur, İrəvan heç bir güzəştə getməyib və prosesdən qalib kimi çıxıb: “Nəticədə Azərbaycan və Türkiyə arasındakı yaxın münasibətlərə böyük zərbə dəyib. Görünən odur ki, protokollar çox qısa müddətdə parlamentdə müzakirəyə çıxarılacaq və AKP-nin millət vəkillərinin dəstəyilə səsvermədən keçəcək”.


Bayram Karacan hesab edir ki, imzalanan protokollarla faktiki Türkiyə Ermənistan qarşısında diz çökdürülüb: “Bu protokollar Türkiyə ilə qardaş Azərbaycan arasındakı münasibətləri pozub”.


Səyyad Aran da qısa açıqlama verib və iki ölkənin dostluğunu heç kimin poza bilməyəcəyini söyləyib: “Bizim dostluğumuz davam edəcək və heç kim bunu əngəlləyə bilməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424

Oxşar yazılar