“Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi” İctimai Birliyi yaradıldı
Bu gün “Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi” İctimai Birliyi təsis olundu.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Birliyə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin rəhbəri Emin Həsənli sədr seçilib.
Birliyin İdarə Heyətində Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Dadaş Rzayev, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə, millət vəkili Həvva Məmmədova, millət vəkili Aydın Həsənov, Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev,
Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov, digər QHT rəhbərləri və KİV nümayəndələri təmsil olunurlar.
Emin Həsənli bildirdi ki, “Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi” İctimai Birliyi son bir neçə ildə ATƏT-in Bakı Ofisinin təşəbbüsü, Azərbaycanda fəaliyyət göstərən hərbiyönümlü QHT-lərin iştirakı ilə aparılan davamlı müzakirələrin, keçirilən tədbirlərin yekun nəticəsi olaraq təsis edilib.
“Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi” İctimai Birliyinin əsas məqsədi Silahlı Qüvvələrimizdə əsas insan hüquq və azadlıqlarının müdafiəsi, hərbçilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət hakimiyyət orqanları ilə əməkdaşlıq etməkdir.
Birlik bu məqsədlərinə çatmaq üçün Silahlı Qüvvələrdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində ictimai fəallığın artırılmasına çalışacaq, bu sahədə mövcud problemləri araşdıracaq və qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verəcək, KİV-lə sıx əməkdaşlıq edəcək, Silahlı Qüvvələrdə insan və vətəndaş hüquqlarının, azadlıqlarının qorunması sahəsində monitorinqlər keçirəcək, o cümlədən hərbi mövzulu fəaliyyətlə bağlı ictimai müzakirələr təşkil edəcək.
Birlik nəzərdə tutulan vəzifələri həyata keçirmək üçün müxtəlif kurslar, seminarlar, dəyirmi masa və görüşlər, sərgilər, konfranslar, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər də keçirəcək.
Emin Həsənli dedi ki, Birliyin fəaliyyətinin effektivliyini artırmaq üçün qaynar xətt yaradılacaq, internet saytı fəaliyyət göstərəcək, cəbhə bölgələrinə səfərlər təşkil olunacaq: “Bu vaxta qədər də Azərbaycanda Silahlı Qüvvələrə ictimai nəzarət olub. İndi məqsədimiz bu ictimai nəzarəti davamlı şəkildə həyata keçirməkdir. Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü ordudur, elmi əsaslarla qurulub. Dövlət orduya diqqət ayırır. Büdcəmizin imkanları artdıqca bu diqqətin daha da artırılmasına çalışacağıq”.
Millət vəkili Həvva Məmmədova bu Birliyin yaradılmasının böyük önəm daşıdığını söylədi. O qeyd etdi ki, işğalçı Ermənistanın ordusu zəifdir, ancaq böyük dövlətlər, Rusiya işğalçıya kömək edir: “Arxa cəbhə ilə ön cəbhənin birliyi sayəsində işğalçıya qalib gələcəyik”.
Kibernetika İnstitutunun direktoru Telman Əliyev və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev də çıxışlarında Birliyin fəaliyyətinin səmərəli olacağını vurğuladılar.
Ramiz Mikayıloğlu

455