Vüsalə Mahirqızı: “Türkiyə Ermənistanın xilasına qarantıya verir...”
APA-nın baş direktoru Türkiyə telekanalında Türkiyə və Ermənistan yaxınlaşması ilə bağlı müzakirələrə qatılıb
APA-nın baş direktoru Vüsalə Mahirqızı Türkiyənin TvNet kanalındakı “Bakış açısı” proqramında Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsasını qoyan protokolların imzalanmasına Azərbaycandan olan münasibətlə bağlı müzakirələrə qatılıb.
V. Mahirqızı proqramda iştirak edən və Ermənistanla münasibətlərin qurulmasının tərəfdarı kimi çıxış edən türkiyəli jurnalistlərdən birinin Türkiyədə vaxtilə yaxşı sənətkar kimi ad çıxarmış, uşaqlıq dostları olmuş ermənilər üçün darıxmaları, erməni məsələnin kürd məsələsi kimi Türkiyənin daxili problemi olması, bu gün başlanan normallaşma prosesinin erməni əsilli jurnalist Hrant Dinkin qanı bahasına başladığını söyləmələrinə münasibət bildirib: “Proqramdakı qonaqların bəzilərinin söylədiklərini təəccüblə qarşıladım. Bu qədər yaxşı niyyətli ermənini haradan tapdığınız doğrudan maraqlıdır. Biz neçə əsrdir ki, bunlarla çiyin-çiyinə yaşadıq, amma Sizin qədər “şanslı” olub, yaxşı niyyətli ermənilərlə qarşılaşa bilmədik ki, problemlərimizi həll edək. Çox təəssüf edirəm ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin bərpası üçün başlanmış prosesin Hrant Dinkin qanı bahasına başa gəlməsi barədə fikirləri eşitdim. Azərbaycan Dağlıq Qarabağ müharibəsində bir neçə jurnalistini itirib. Sabah (bu gün-red) rahatlıqla Türkiyədə futbol izləməyə gələcək Serj Sarkisyanın və komandasının üzvlərinin əli o jurnalistlərin qanına batıb. Amma çox təəssüf ki, Türkiyə vətəndaşı olan bəzi adamlar üçün həmin qan birliyin, türk düşmənlərinə qarşı birgə mübarizənin rəmzi ola bilməyib, Hrant Dinkin qanı isə barış işarətinə çevrilib. Mən tam əminliklə bilirəm ki, bu, türk xalqının böyük çoxluğunun iradəsinin ifadəsi deyil. Türk xalqı iradəsini Bursada göstərir. İndiki halda Avropa Şurası məkanında 2,5 milyon qaçqın var. Bu qaçqınların təkcə 1 milyon nəfəri Azərbaycanın məhz ermənilər tərəfindən işğal edilmiş ərazilərindən qaçqın düşən, ev-eşiyi dağıdılmış insanlardır. Bunu kimsə görməzlikdən gələ bilməz”.
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın və digər rəsmilərin Azərbaycanda torpaqlar işğaldan azad edilməyənə qədər sərhəd qapılarının alınmayacağına dair söz verdiklərini xatırladan V. Mahirqızı onların verdikləri sözün arxasında dayanacaqlarını gözlədiklərini də deyib.
Baş direktor bildirib ki, Türkiyənin indiki vaxtda sərhədləri açması Ermənistanı oksigenlə təmin etməkdir: “Türkiyənin bu platforma ilə Ermənistanı Rusiyanın təsirindən çıxara biləcəyi və ya Qafqaza sülh gətirəcəyi barədə yanaşmalar çox yanlışdır. Qafqazdan baxanda bunu daha aydın görmək olur. Ermənistan Rusiyanın birmənalı olaraq forpostudur. Rusiyanın bu ölkəni başqa bir ölkəyə güzəştə getməsi belə mümkünsüzdü. Hətta protokolların imzalanmasından sonra Rusiyanın nüfuzlu qəzetlərindən biri Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Edvard Nalbandyana “Protokolları sakitcə imzala və yox ol” kimi yazılı mesaj ötürdüyünü yazmışdı. Elə bu faktın özü Ermənistanın tamlıqla Rusiyanın nəzarətində olduğunu göstərir. Bu gün Türkiyənin danışıqlardakı tərəf müqabili Rusiya olsa, daha effektli olar, nəinki Ermənistan”.
V. Mahirqızı deyib ki, Türkiyədə Ermənistanla sərhədi açaraq Qafqaza sülh gətiriləcəyi barədəki tezislər də yanlışdır: “Ermənistan Türkiyə ilə sərhədi açdıqdan sonra Gürcüstandan olan asılılığı azalacaq və bu ölkəyə olan ərazi iddialarını daha da gücləndirəcək. Onsuz da neçə illərdir ki, həmin ərazi iddiaları var. Eyni zamanda Rusiya bu gün məhz Ermənistanın çıxışı üçün önəmli olduğundan çox da müdaxilə etmədiyi Gürcüstana təzyiqi artıracaq. Çünki Ermənistanın Türkiyə vasitəsilə xilas olduğunun qarantiyasını alacaq. Beləliklə, Qafqaza sülh gətiriləcəyinə bura yenidən döyüş meydanına çevriləcək ”.
Baş direktor Türkiyədə Azərbaycanın işğal altında olan 5 rayonu boşaldılandan sonra sərhədlərin açılmasının mümkünlüyü barədə olan açıqlamalara da münasibət bildirib: “Həmin 5 rayondan 4-nün Dağlıq Qarabağ ərazisinə heç bir aidiyyatı yoxdur. Ermənilər tarix boyu belə ediblər. Çox ərazi alıblar, münaqişə həll olunanda isə bir hissəsini qaytarıblar, bir hissəsi isə onlarda qalıb. Bir neçə onillik sonra yenidən başlanılıb. Əgər sərhədlər hətta beş rayon boşaldılandan sonra belə açılsa, Dağlıq Qarabağın geridə qalan hissəsinin bu diplomatik gedişlə alınması mümkünsüzləşəcək. Çünki Sarkisyan sərhədlərin açılmasını böyük uğuru kimi təqdim edəcək və üstünlüyü olduğunu bildirəcək. Biz isə Türkiyədən Azərbaycanın işğal olunmuş son qarış torpağı boşaldılana qədər dayanmağı gözləyirik”.

442