Pənah Hüseyn parlamentin ilk iclasında spikerlə mübahisə edib
Milli Məclisin (MM) payız sessiyasının ilk iclasında millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər.
APA-nın xəbərinə görə, deputat Fazil Mustafa Azərbaycanda dərs ilinin sentyabrın 15-dən deyil, 1-dən başlanmasını təklif edib. Millət vəkili Hadı Rəcəbli MM-in yeni inzibati korpusunun istifadəyə verilməsini müsbət qiymətləndirərək, bunun deputatların iş şəraitini yaxşılaşdıracağını qeyd edib.
Deputat İqbal Ağazadə sənət adamlarına fəxri adların verilməsi barədə danışıb: “Səhnədə yarım saat fəaliyyəti olmayan adamlara “əməkdar artist”, “xalq artisti” fəxri adları verilir. Rəşid Behbudov, Zeynəb Xanlarova kimi korifey sənətkarlar da bu adı daşıyırlar, belələri də?.. Bəs korifey sənətkarlar nə etməlidirlər? 60 il sənətdə külüng vuran Süleyman Abdullayevə heç bir ad verilməyib, şit mahnılar oxuyanlar isə mükafatlar, fəxri adlar alıblar. Fəxri adların verilməsi ilə bağlı bir şura, komissiya yaradılmalı, bu məsələlərə nəzarət olunmalıdır”.
Millət vəkili Cəmil Həsənli həbsdə olan jurnalistlərlə bağlı danışıb. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsində zərərçəkən kimi tanınan qadının bu günlərdə həbs edildiyini xatırladan deputat bunları deyib: “İndi məlum olur ki, bu insan Qənimət Zahid həbs olunan zamandan axtarışda olub. Bu biabırçılıqdır”.
Deputat Azay Quliyev xeyriyyəçilik fəaliyyəti və sosial sifariş haqda qanun qəbul olunmasını təklif edib.
Millət vəkili Zahid Oruc isə deyib ki, Türkiyə il Ermənistan arasında münasibətlərin normallaşmasını nəzərdə tutan protokollar imzalanmazdan əvvəl Türkiyə ilə Azərbaycan arasında yol xəritəsi imzalanmalıdır.
MM üzvü Eldar İbrahimov çıxışında Naxçıvan televiziyasının bütün Azərbaycan ərazisində yayımlanmasını təklif edib.
Millət vəkili Əli Məsimli qışa hazırlığın indidən başlanmasını, enerji və qaz təchizatının yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.
Deputat Aynur Quliyeva bildirib ki, parlamentdə Qarabağ problemi ilə bağlı dinləmələr keçirilməlidir.
Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov isə çıxışında deyib ki, Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar narahatlıq doğurur: “Baxmayaraq ki, Türkiyə rəsmiləri Azərbaycanı incidən heç bir adım atılmayacaqlarına dəfələrlə söz veriblər, paraflanan protokollar müəyyən işlərin getdiyini göstərir. Biz verilən bəyanatların səmimiliyinə inanmaq istərdik. Hesab edirik ki, imzalanacaq sənədlərdə həm Azərbaycan, həm də Türkiyənin milli maraqları nəzərə alınacaq”.
Z. Əsgərov C.Həsənlinin həbsdə olan jurnalistlərlə bağlı fikirlərinə də münasibət bildirib. Birinci vitse-spiker deyib ki, hər kəs öz əməlinə görə məsuliyyətə cəlb olunub.
Bundan sonra spiker O.Əsədov cari məsələlərlə ayrılan vaxtın başa çatdığını, çıxışların kəsildiyini deyib. Bu isə deputat Pənah Hüseynin etirazına səbəb olub. Millət vəkili deyib ki, spiker “Müsavat” deputat qrupundan çəkindiyi üçün belə edir.
Spiker isə onun fikirlərinin əsassız olduğunu qeyd edib.
Daha sonra MM-in qanunvericilik işləri planının müzakirəsi başlanıb.

564