Milli Məclisin yeni korpusu istifadəyə verildi
25 sentyabr 2009 15:30 (UTC +04:00)

Milli Məclisin yeni korpusu istifadəyə verildi

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin inzibatı binasının yeni inşa olunmuş korpusunun istifadəyə verilməsi mərasimində iştirak edib.

Lent.az-ın Prezidentin mətbuat xidmətinə istinadın məlumatına görə, dövlət başçısı açılışı bildirən lenti kəsdi və yeni korpus ilə yaxından tanış olub.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyevə parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı təqdim edilib.

Parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya da Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı təqdim olunub.

Dövlət başçısı Milli Məclisin yeni korpusunun inşasını, burada deputatların fəaliyyəti üçün yaradılan şəraiti yüksək qiymətləndirdi və qanunverici orqanın işinə uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar