QHT nümayəndələri parlamentin qarşısında etiraz aksiyası keçiriblər
19 iyun 2009 17:45 (UTC +04:00)

QHT nümayəndələri parlamentin qarşısında etiraz aksiyası keçiriblər

Onlar “QHT-lər haqqında” qanuna edilən əlavə və dəyişikliklərə etiraz edirlər
Bu gün Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından bir qrupu Milli Məclisin qarşısında etiraz aksiyası keçirib. Lent.az-ın məlumatına görə, etirazşılar “QHT-lər haqqında” qanuna təklif edilən əlavə və dəyişiklərdən narazı olan QHT-lərin nümayəndələri olub.
Vətəndaş Cəmiyyətinin Müdafiəsi Komitəsinin İşçi Qrupunun üzvü, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib ki, etirazçıların əsas tələbləri layihənin Milli Məclisdə müzakirəsinin dayandırılmasıdır. Aksiya iştirakçıları "Sərbəst toplaşmaq azadlığını tanıyın!", "Söz azadlığını tanıyın!" şüarlarını səsləndiriblər.
Aksiyanın sonunda Qubad İbadoğlu qətnaməni Milli Məclisin ümumi şöbəsinə təqdim edib.
Qətnamədə Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsində birləşən qeyri - hökumət təşkilatlarının “Qeyri - hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna təklif edilən əlavələr və dəyişiklikləri pislədiyi və onun qəbul edilməsinə kəskin etiraz bildirdiyi qeyd olunur.

Aksiya iştirakçıları bu dəyişikliklərin dövlətin beynəlxalq nüfuzuna zərbə olacağını hesab edərək, millət vəkillərini ona səs verməməyə çağırırblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 879

Oxşar yazılar