Əli Həsənov beynəlxalq yanaşmadan narazıdır
18 iyun 2009 19:00 (UTC +04:00)

Əli Həsənov beynəlxalq yanaşmadan narazıdır

“Qaçqınkom”un sədri hesab edir ki, qaçqın və məcburi köçkün problemi müxtəlifdir və bunlar bir-birindən fərqləndirilməlidir

“Qaçqın və məcburi köçkünlərin probleminin həlli üçün beynəlxalq hüquqi baza lazım olan səviyyədə deyil. Biz hələ də qaçqınlarla məcburi köçkün probleminin müxtəlifliyini, onların bir-birindən fərqləndiyini aydın başa düşmürük. Halbuki, məcburi köçkünlərin mənəvi əziyyətləri qaçqınlardan daha çoxdur”.

Lent.az-ın məlumatına görə, bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdəki belə deyib. O, qeyd edib ki, bu məsələni ötən il BMT-nin Qaçnılar üzrə ali komissarının Bakıya səfəri zamanı da birgə müzakirə ediblər. Əli Həsənovun fikrincə, qaçqın və məcburi köçkünlər üzləşdiyi problemə görə fərqli statusa malik olmalı və bu status beynəlxalq qanunlarda əksini tapmalıdır.

“Biz beynəlxalq hüquq normaları ilə müəyyənləşdirilmiş qaçqın statusuna xələl gətirmək fikrində deyilik. Sadəcə, hesab edirik ki, bu iki fərqli problemə beynəlxalq yanaşma dəyişməlidir” - deyə, Əli Həsənov bildirib.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin probleminin həlli üçün hüquqi baza yaradılıb. Onun sözlərinə görə, həm yerli qanunvericilik, həm də ölkədə həyata keçirilən dövlət proqramları ilk növbədə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəldilib. Təhsil, səhiyyə xidmətlərindən istifadə, məşğulluq problemlərinin aradan qaldırılması üçün görülən tədbirlərdə ilk növbədə bu təbəqədən olan insanlar önə çəkilir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 881

Oxşar yazılar