Əli Həsənovdan sərt mesaj
Baş nazirin müavini: “Hansı dövlət, hansı təşkilat cəhd göstərirsə ki, Qarabağ problem unudulsun, çox böyük səhv edir”
“20 ildən artıqdır ki, Azərbaycanda qaçqın vəziyyətində yaşayan soydaşlarımız çətinliyə dözürlər. Məcburi köçkünlər isə 16 ildən çoxdur ki, ağır durumda yaşayır. Onlar hər şeyləri, evləri, yaxınlarını itiriblər. Amma gələcəyə olan inamlarını, ümidlərini itirmirlər. Bilirlər ki, işğal olunan ərazilər azad ediləcək, Qarabağ problemi həllini tapacaq. Çünki onlar prezidentə inanırlar”.
Lent.az-ın məlumatına görə, bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdəki çıxışında belə deyib. O, qeyd edib ki, son vaxtlar bəzi beynəlxalq təşkilatlar, hətta bəzi ölkələr Azərbaycanda qaçqın və məcburi köçkün probleminin unudulmasına səy göstərir.
“Amma bunlar əbəs cəhdlərdir. Hansı dövlət, hansı təşkilat cəhd edirsə ki, bu problem unudulsun, çox böyük səhv edir” - deyə, baş nazirin müavini vurğulayıb.
Əli Həsənov bildirib ki, Azərbaycan prezidenti bu vəzifəyə başlayandan qarşısına qoyduğu bütün problemlərin həllinə nail olub. Dövlət başçısının həll edə bilmədiyi yeganə problem Dağlıq Qarabağ münaqişəsi və məcburi köçkünləri doğma yurd-yuvasına qaytarılması məsələsidir.
“İndi Azərbaycanın yeganə problemi Qarabağ problemidir. Azərbaycan prezidenti və hökuməti bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək verdiyini dəfələrlə elan edib. Azərbaycan bu məsələdə heç bir güzəştə getməyəcək və biz dövlətimizin ərazi bütövlüyünü təmin edəcəyik”.
Elxan SALAHOV

726