ATƏT-in səfiri: “Bu, bizim üçün sürpriz mövzu oldu”
Bilge Cankorel Azərbaycanda “Qeyri-hökumət təşkilatları haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı məsələni ciddi izlədiklərinin deyir
ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Bilge Cankorel Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyə münasibət açıqlayıb.
Lent.az-ın məlumatına görə, ATƏT rəsmisi jurnalistlərə açıqlamasında Azərbaycan hökumətinin “Qeyri-hökumət təşkilatları haqqında” qanuna əlavə və dəyişikliklər etmək niyyətini onlar üçün sürpriz olduğun deyib.
“Bu, bizim üçün sürpriz mövzu oldu. Çünki daha öncə bu mövzuda eşitmədiyimiz və müzakirə aparmadığımız məsələdir. Təbii ki, çox önəmli qanun olduğundan bu məsələnin üzərində durmaq istədik. Demokratiyanın inkişafında vətəndaş cəmiyyətinin rolu böyükdür və bu baxımdan bizim narahatlığımızın səbəbi var” - deyə, ATƏT-in səfiri bildirib.
Bilge Cankorel bu məsələnin necə bitəcəyini bilmədiyini deməklə yanaşı mövzunu yaxından izlədiklərini də vurğulayıb. O, parlament üzvləri və Miilli Məclisin rəhbərliyi ilə bu mövzuda müzakirələrin aparılmasının da nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar da öz aralarında bu mövzu ətrafında müzakirələr aparır: “Məsələ bizim Vyanadakı ofisimiz tərəfindən də araşdırılır. Bu ciddi məsələ olduğundan onun ən yaxşı yöndə həllinin tərəfdarıyıq”.
Pərvin Abbasov

790