Avropada ən çox qaçqın və məcburi köçkün Azərbaycandadır
AŞ PA məruzəçisi “Avropanın unudulmuş insanları: yaşayış yerini uzun müddətə məcburi dəyişmiş insanların hüquqlarının müdafiəsi” adlı məruzəsi hazırlayıb
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) miqrasiya, qaçqınlar və əhali məsələləri üzrə məruzəçisi Con Qrinveyin “Avropanın unudulmuş insanları: yaşayış yerini uzun müddətə məcburi dəyişmiş insanların hüquqlarının müdafiəsi” adlı məruzəsi artıq hazırdır.
APA-nın məlumatına görə, məruzə qurumun iyunun 22-26-da keçiriləcək yay sessiyasına gündəliyinə də salınıb.
C. Qrinvey məruzəsində qeyd edib ki, AŞ üzvü olan 47 ölkənin 11-də 2,5 milyon nəfər on illərdir, həllini tapmayan müxtəlif münaqişələr nəticəsində ev-eşiyindən və əmlakından məhrum olub. Bu insanların əksəriyyəti ehtiyac içərində yaşayır, yaşadıqları cəmiyyətlərdə hüquqları məhdudlaşdırılır.
C. Qrinvey məruzəsində Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ münaqişələri nəticəsində yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmış qaçqın və məcburi köçkünlərin vəziyyətinə də yer ayırıb.
Xatırladaq ki, o, məruzəsini hazırlamaq üçün bu ilin 4-8 may tarixlərində regionda səfərdə olub. Səfər Azərbaycan, Ermənistan və Gürcüstan hökumətlərinin qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində yürütdüyü siyasətlə tanışlıq xarakteri daşıyıb.
C. Qrinvey məruzəsində qeyd edib ki, Avropada ən böyük qaçqın və məcburi köçkün kütləsi Azərbaycanın payına düşür. Onun qiymətləndirməsinə görə, Azərbaycanda bu kateqoriyaya aid 573-603 min insan var: “Dağlıq Qarabağın və ona bitişik rayonların gələcəyi ilə bağlı məsələnin həlli istiqamətində hər hansı irəliləyişin olmaması həmin yerlərdən məcburi köçkün düşmüş insanların da taleyini sual altında qoyur”.
Məcburi köçkünlərin hüquqlarına toxunan məruzəçi onların təhlükəsizliyə təminat veriləcəyi təqdirdə yurd-yuvalarına könüllü qayıtması ilə bağlı Azərbaycan hökumətinin lazımi tədbirlər görməsi və BMT-nin prinsipləri əsasında qanunvericilik bazası yaratması istiqamətində siyasətini alqışlayıb: “Azərbaycan hökuməti üzərinə düşən vəzifələri yerinə yetirir. Məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması ilə bağlı 2004-cü ildə qəbul olunmuş Dövlət Proqramına əsasən, onların məskunlaşdığı sonuncu çadır şəhərciyi 2007-ci ilin dekabrında ləğv olunub. Hökumət 2001-ci ildən ağır şəraitdə yaşayan 90 minədək məcburi köçkünü 49 yeni salınmış qəsəbəyə yerləşdirib”.
C. Qrinvey bununla belə, qeyd edib ki, səfər zamanı görüşdüyü bütün məcburi köçkünlər Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra öz yurd-yuvalarına qayıtmaq istədiklərini bildiriblər.
Məruzəçi Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin sosial müdafiəsi məqsədilə ayrılmış vəsaitləri də məruzəsinə daxil edib: “2007-2011-ci illər ərzində məcburi köçkünlər üçün Dövlət Proqramının büdcəsi 1 milyard dollar təşkil edir. Bu vəsait 75 min məcburi köçkün üçün yeni qəsəbələrin salınmasına yönəlib. Təkcə 2008-ci ildə dövlət büdcəsindən, Dövlət Neft Fondundan və digər mənbələrdən məcburi köçkünlərin sosial problemlərinin həllinə 336,9 milyon manat ayrılıb ki, bu da 5 il əvvəlkindən təxminən 3 dəfə çoxdur”.
C. Qrinvey görülmüş tədbirlərə baxmayaraq, məcburi köçkünlərin yarısının hələ də ağır vəsiyyətdə yaşadığını bildirib. Məruzəçi bu səbəbdən Azərbaycan hökumətini onların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş səylərini davam etdirməyə, habelə bəzi məcburi köçkünlərin hüquqi təminatını yaxşılaşdırmağa, onları keyfiyyətli təhsil və səhiyyə xidməti ilə təmin etməyə çağırıb.
C. Qrinvey səfəri zamanı Azərbaycan hökuməti tərəfindən hazırlanan və məcburi köçkünlərin qayıdışını nəzərdə tutan çərçivə planı barədə məlumatlandırıldığını da qeyd edib: ““Böyük Qayıdış” adlanan çərçivə planı üzərində hazırda 32 dövlət təsisatı və beynəlxalq təşkilatlar tərəfindən iş aparılır. Bu plan münaqişənin həllindən sonra etnik azərbaycanlıların yurd-yuvalarına qayıdışını və təxminən 60 milyard dollar həcmində kompensasiyanı nəzərdə tutur”.
Məruzəçi Azərbaycan hakimiyyətini beynəlxalq təşkilatlarla birgə xərclər planını dəqiq tərtib etməyə, cəmiyyətin məlumatlandırılması və potensial repatriantların psixoloji hazırlığı məsələlərini diqqətlə öyrənməyə çağırıb. C. Qrinvey məruzəsində onu da vurğulayıb ki, beynəlxalq təşkilatlar da məcburi köçkünlərin qayıdacağı ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işində aktiv iştirak etməlidir.

876