Millət vəkilləri Gədəbəy və Şəmkirdəki hərbi hissələrdə olub
12 iyun 2009 11:00 (UTC +04:00)

Millət vəkilləri Gədəbəy və Şəmkirdəki hərbi hissələrdə olub

Hərsbi hissələrdə əsgərlərlə görüşlər keçirilib
İyunun 11-də Azərbaycan Milli Məclisinin üzvləri Fazil Qəzənfəroğlu, Fəzail Ağamalı, Rəfayıl Cəbrayılov, İkram İsrafil Şəmkir və Gədəbəyə səfər edib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, millət vəkilləri hər iki rayondakı hərbi hissələrdə olub.
Əsgərlərlə görüş keçirən qonaqlar onların şəraiti ilə maraqlanıb. Millət vəkilləri qeyd ediblər ki, Azərbaycanın müstəqilliyi, yenilməzliyi və ərazi bütövlüyü onun güclü və qüdrətli ordusundan asılıdır. Bu səbəbdən hər bir əsgər vətəni və xalqı qarşısında borcunu layiqincə ödəməli, güclü ordunun əsasını təşkil etməlidir.
Millət vəkilləri bu gün qərb bölgəsindəki digər hərbi hissələrə də baş çəkməyi planlaşdırır.
Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611

Oxşar yazılar