AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi siyasətdən gedir
12 iyun 2009 10:30 (UTC +04:00)

AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi siyasətdən gedir

Bolqarıstanın son kommunist lideri Todor Jivkovun nəvəsi, AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Yevgeniya Jivkova siyasətdən getdiyi açıqlayıb.

APA-nın məlumatına görə, xanım Jivkova bundan sonra özünün “Jenny Style” trikotaj brendinin inkişafı ilə məşğul olacaq.


Qeyd edək ki, 44 yaşlı Yevgeniya Jivkova Sosialist Partiyasından parlamentə deputat seçilib. O bildirib ki, iyulun 5-də keçiriləcək parlament seçkilərdə namizədliyini irəli sürməyəcək, çünki partiya siyahılarından təmsil olunmaq uğrunda ölüm-dirim mübarizəsi gedir. 1989-cu ildə Todor Jivkov hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra nəvəsinin bağ evində ev dustağı edilib. Yevgeniya Jivkova o zaman babasının xarici aləmlə əlaqələr qurmasında əsas rolu oynayıb. Todor Jivkov 1998-ci ildə vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601

Oxşar yazılar