ABŞ rəsmisinin Qarabağ ümidi
11 iyun 2009 10:45 (UTC +04:00)

ABŞ rəsmisinin Qarabağ ümidi

ABŞ dövlət katibinin köməkçisi Dağlıq Qarabağ münaqişəsinin həllində çox tezliklə tərəqqiyə nail olunacağına ümid edir

“Ümid edirəm ki, çox tezliklə Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqiyə nail olmaq mümkün olacaq”.

APA-nın məlumatına görə, bu sözləri bu gün Azərbaycana gələn ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon Heydər Əliyev Beynəlxalq Hava Limanında verdiyi açıqlamada bildirib.

Problemin danışıqlar masası ətrafında həlli ediləcəyini düşündüyünü qeyd edən F. Qordon prosesdə tərəqqi müşahidə olunduğunu, diqqətlərini buna yönəltdiklərini və nizamlanmada iştirak etdiklərini vurğulayıb: “Ümumi anlaşma və təməl prinsipləri münaqişənin həlli üçün vacibdir.”

ABŞ rəsmisinin fikrincə, münaqişənin həlli regionda tarixi imkanlar açacaq.

ATƏT-in Minsk Qrupu ölkələrinin sammitinin keçirilməsi ilə bağlı sualı cavablandıran F. Qordon bu məsələdə hələlik qeyri-müəyyənliyin olduğunu bildirib: “Biz tərəflər arasında istənilən kontaktı, dialoqu dəstəkləyirik. Ümidvaram ki, çox tezliklə tərəqqiyə nail olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 860

Oxşar yazılar