Ann Dersi Azərbaycana turist kimi gələcək
“Azərbaycanı onun xalqına, tarixinə və mədəniyyətinə, həmçinin, nail olduğu inkişafa olan dərin hörmət hissi ilə tərk edirəm”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə təşkil etdiyi vidalaşma mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi verib.
Səfir Azərbaycanı konkret olaraq, nə zaman tərk edəcəyini bilmədiyini söyləyib: “Senatın təyinatımı təsdiq etməsini gözləməli olacağam. Bu proseduraların dəqiq vaxtını demək çətindir, elə bu səbəbdən Azərbaycanı nə zaman tərk edəcəyimi tam dəqiqliklə deyə bilmirəm. Düşünürəm ki, mənim gedişim iyul ayına təsadüf edəcək. Azərbaycanın tərk etdiyim vaxtda mən həmçinin digər bir hiss də keçirirəm. Bu isə Azərbaycanın müstəqil və demokratik gələcəyin qurulması yolunda üzləşdiyi çağırışların öhdəsindən gəlməsinə olan yüksək qiymət hissidir. Birləşmiş Ştatlar illər boyu Azərbaycanın tərəfdaşı olacaq. Mən isə ömrümün sonuna qədər Azərbaycan xalqının dostu olacağam. Bu gözəl ölkə məni çox təsirləndirdi. Əmin ola bilərsiniz ki, gələcəkdə getdiyim hər bir yerdə
Azərbaycan barədə danışacağam və hər zaman Azərbaycanın uğurlarına sevinəcəyəm”.
Ann Dersi gələcəkdə Azərbaycana turist kimi gələcəyini bildirib.

Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08