Ankarada Türkdilli Xəbər Agentlikləri Birliyi internet saytının təqdimatı keçirilib
09 iyun 2009 18:30 (UTC +04:00)

Ankarada Türkdilli Xəbər Agentlikləri Birliyi internet saytının təqdimatı keçirilib

Türkiyə Nazirlər Kabinetinin Mətbuat və Nəşriyyat Baş İdarəsində Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) internet saytının təqdimatı olub.

Lent.az-ın məlumatına görə, Türkiyə Baş nazirinin müavini Bülənd Arıncın iştirak etdiyi təqdimat mərasimində çıxış edən Türkiyə Nazirlər Kabineti Mətbuat və Nəşriyyat Baş İdarəsinin rəisi Salih Mələk vurğulayıb ki, 1992-ci ilin noyabrında Ankarada yaradılmış Türkcə Danışan Ölkələr Xəbər Agentlikləri Birliyi ötən il Bakıda keçirilmiş toplantıda qəbul olunmuş qərarla Türkdilli Xəbər Agentlikləri Birliyi adlandırılıb.

Daha sonra çıxış edən Türkiyənin Anadolu agentliyinin Baş direktoru Himi Bengi Türkdilli Xəbər Agentlikləri Birliyinin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, 2008-ci il aprelin 29-dan mayın 3-dək Bakıda keçirilmiş TKA Baş Məclisinin “Türkdilli ölkələrin əlaqələrinin inkişafında xəbər agentliklərinin əməkdaşlığının rolu” mövzusunda VII iclasında Birliyin internet portalının yaradılması qərara alınıb və bu gün portalın açılışı əlamətdar hadisə kimi qeyd olunur.

Sonra Türkiyə Baş nazirinin müavini Bülənd Arınc Türkdilli Xəbər Agentlikləri Birliyinin, Türkiyə Nazirlər Kabinetinin Mətbuat və Nəşriyyat Baş İdarəsinin və Anadolu agentliyinin yeni internet saytlarının açılışını edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1201

Oxşar yazılar