Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçiriləcək
08 iyun 2009 12:30 (UTC +04:00)

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçiriləcək

İyulun 9-10-da İstanbulda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçiriləcək. Azərbaycan Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, tədbirdə ölkəmizi Şura sədri Əflatun Amaşov təmsil edəcək.

Azərbaycan Mətbuat Şurası 2005-ci ildən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. Şura bu kimi toplantılara artıq üçüncü dəfədir qatılır.

Tədbirdə MŞ təmsilçisi məruzə ilə çıxış edəcək. Toplantıda həmçinin dünyada söz və mətbuat azadlığının vəziyyəti, KİV-in özünütənzimləmə üsullarının təkmilləşdirilməsi müzakirə olunacaq, mövcud problemlər araşdırılacaq və vəziyyətdən çıxış yolları müəyyənləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864

Oxşar yazılar