Bayram Səfərov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri seçildi
05 iyun 2009 18:15 (UTC +04:00)

Bayram Səfərov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri seçildi

354 nəfərlik qurultay nümayəndələri onun namizədliyini yekdilliklə dəstəkləyiblər

Bakıdakı Opera və Balet Teatrında Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının qurultayı fasilədən sonra davam edib. Lent.az-ın əməkdaşı xəbər verir ki, indiyə qədər Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi adlanan qurumun adı dəyişdirilib. Bundan sonra qurum Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi adlandırılacaq.

Qurultayda icmanın yeni nizamnaməsi qəbul olunub. Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi 22 nəfərdən ibarət İdarə Heyəti, 5 nəfərlik Nəzarət-Təftiş Komissiyası formalaşdırılıb. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov İdarə Heyətinin sədri seçilib. B.Səfərov sədrliyə yeganə namizəd olub, 354 nəfərlik qurultay nümayəndələri onun namizədliyini yekdilliklə dəstəkləyiblər.

Bununla da qurultay başa çatıb.

Qurultaydan dərhal sonra qurumun İdarə Heyətinin ilk toplantısı keçirilib. Toplantıda icmanın Əlaqələndirmə Şurası yaradılıb. Azərbaycan Müəllimlər İnstitutun prorektoru Mehdi Abdullayev Əlaqələndirmə Şurasının sədri seçilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1082

Oxşar yazılar