Nazir: “Qarabağ problemi həll olunmayanadək sərhəd açılmayacaq”
Dağlıq Qarabağ məsələsi həll olunmayanadək Türkiyə Ermənistanla sərhədlərini açmaq niyyətində deyil.
Bunu APA-nın İstanbula ezam olunmuş əməkdaşına açıqlamasında Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan bildirib.
Z. Çağlayanın sözlərinə görə, Dağlıq Qarabağ məsələsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən açıq-aşkar işğalı amili mövcuddur: «Bu problem həll olunmayanadək Türkiyə Ermənistanla sərhədlərini açmayacaq və hər hansı iqtisadi əlaqə qurmayacaq».
«Bu yaxınlarda Azərbaycana son səfəri zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə görüşdə bir daha rəsmi Ankaranın bu məsələ üzrə mövqeyini bildirib. Bununla bağlı dövlət başçısı Abdulla Gül də dəfələrlə bəyanatla çıxış edərək qeyd edib ki, ilk öncə Dağlıq Qarabağ problemi çözülməlidir», - deyə türkiyəli nazir vurğulayıb.
Eyni zamanda, dövlət naziri bildirib ki, Qafqazda sülhün bərqərar olması bütün region dövlətlərinin sosial və iqtisadi baxımdan inkişaf etməsi çox önəmlidir.
Bununla yanaşı, Z. Çağlayan Ermənistan rəhbərliyinin uydurma “erməni soyqırımı” ilə bağlı yürütdüyü siyasətə və dünyada apardığı təbliğat kampaniyasına da münasibət bildirib: «Biz dəfələrlə qeyd etmişik ki, bu məsələ tarixçilər tərəfindən arxiv sənədləri əsasında araşdırılmalıdır. Dünya dövlətlərindən isə ricam budur ki, hər hansı qərar qəbul edərkən Türkiyəyə qarşı haqsızlıq etməsinlər».

1048