Əli Həsənov məscidlərlə bağlı yaranan vəziyyətə münasibət bildirib
04 iyun 2009 13:15 (UTC +04:00)

Əli Həsənov məscidlərlə bağlı yaranan vəziyyətə münasibət bildirib

“Bu, sadəcə, ayrı-ayrı insanların özbaşına fəaliyyətinin qarşısının alınmasıdır”.

Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ölkəmizdə məscidlərlə bağlı yaranan vəziyyətə dair münasibət bildirərkən deyib.


Ə.Həsənov bu məsələnin məscidlərin bağlanması və ya sökülməsi kimi qiymətləndirməyin düzgün olmadığını bildirib: “Ayrı-ayrı insanların istədiyi yerdə, istədiyi şəkildə, istədiyi formada özünün bu və ya digər kommersiya ehtiyaclarını təmin etmək məqsədilə tikdirdiyi məscidlər normal dini fəaliyyətlə bir araya sığmır. Ona görə də bu məsələdə nizam-intizam yaradılır, tənzimləmə aparılır. Bu isə insanların dini inanc mərasimlərinin, dinə inancının məhdudlaşdırılması demək deyil”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946

Oxşar yazılar