![Azay Quliyev ATƏT-in Bakı Ofisinin rəhbəri Bilge Cankorellə görüşdü](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Azay Quliyev ATƏT-in Bakı Ofisinin rəhbəri Bilge Cankorellə görüşdü
ATƏT səfiri ölkənin ictimai sektorundakı durumla ciddi maraqlandı
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bu gün ATƏT-in Bakı Ofisinin rəhbəri cənab Bilge Cankorellə görüşüb.
Şuradan Lent.az-a verilən məlumata görə, A.Quliyev Azərbaycan ictimai sektoru, ölkənin QHT palitrası, eləcə də Şuranın yaranması, fəaliyyəti, həyata keçirdiyi tədbirlər və büdcəsi ilə bağlı ATƏT səfirinin suallarını ətraflı cavablandıraraq qeyd edib ki, Avropanın 25-ə yaxın ölkəsində QHT-lərə dəstək mexanizmlərinin analoji qurumları mövcuddur. A.Quliyev bildirib ki, Azərbaycan Prezidentinin yanında yaradılmış Şura ölkə QHT-lərinə təkcə maliyyə yardımı göstərmir, həm də onların bilik və bacarıqlarının artırılmasına, informasiya və texniki təminatına, beynəlxalq əlaqələrinin qurulmasına və digər problemlərinin həllinə yardım göstərir.
Ölkədə QHT qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı A.Quliyev deyib ki, yaxın günlərdə Milli Məclisdə vaxtilə onun təqdim etdiyi Könüllülük haqqında Qanun layihəsinin son oxunuşu olacaq.
ATƏT-in mandatına uyğun olan təkliflər sırasında Şuranın sədri bu ilin payızında Bakıda vətəndaş cəmiyyətinin inkişafı məsələlərinə həsr olunan birgə beynəlxalq konfransın keçirilməsini qeyd edib. O bildirib ki, həmin məsələni ATƏT-in İnsan Hüquqları və Demokratikləşdirmə Bürosunun rəhbəri səfir Yanes Lenarçıçlə bu ilin fevral ayında Vyanada keçirdiyi görüşdə də ətraflı müzakirə edib və Bürodan tədbirin keçirilməsinə dəstək veriləcəyi haqqında Şuraya məktub daxil olub.
Qeyd olunan tədbirə ATƏT-in Bakı ofisinin də yaxından dəstək vermək istədiyini və bunun mümkün yolları haqqında müvafiq məsləhətləşmələrin aparılmasının vacibliyini deyən səfir Bilge Cankorel digər sahələrdə də Şura ilə əməkdaşlığa xüsusi diqqət yetirəcəyini vurğulayıb.
Görüş zamanı ölkənin ictimai həyatı və vətəndaş cəmiyyəti qurumlarının mövcud vəziyyəti haqqında geniş fikir mübadiləsi aparılıb.

Oxşar yazılar
![Prezidentə hərbi təyyarə təqdim edildi - FOTOLENT](https://lent.az/storage/news/2024/june/26/big/667bd9c6a5509667bd9c6a550a1719392710667bd9c6a5502667bd9c6a5506.jpg)
Prezidentə hərbi təyyarə təqdim edildi - FOTOLENT
26 iyun 2024 , 13:06![Mehriban Əliyevadan BAYRAM PAYLAŞIMI](https://lent.az/storage/news/2024/june/26/big/667bae70754bc667bae70754be1719381616667bae70754b6667bae70754b9.jpg)
Mehriban Əliyevadan BAYRAM PAYLAŞIMI
26 iyun 2024 , 09:55![Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 106 il ötür](https://lent.az/storage/news/2024/june/26/big/667b7de1be91c667b7de1be91e1719369185667b7de1be916667b7de1be91a.jpg)
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 106 il ötür
26 iyun 2024 , 00:00![İlham Əliyevdən Silahlı Qüvvələr Günü paylaşımı](https://lent.az/storage/news/2024/june/25/big/667b00ff80130667b00ff801311719337215667b00ff80129667b00ff8012c.jpg)
İlham Əliyevdən Silahlı Qüvvələr Günü paylaşımı
25 iyun 2024 , 21:11Jurnalistlər arasında müsabiqə elan olundu
25 iyun 2024 , 14:26!["Biz Paşinyana yardım göstərməliyik ki, missiyasını axıra çatdırsın" - ZAHİD ORUC](https://lent.az/storage/news/2024/june/25/big/667a781a823fb667a781a823fc1719302170667a781a823f6667a781a823f9.jpg)
"Biz Paşinyana yardım göstərməliyik ki, missiyasını axıra çatdırsın" - ZAHİD ORUC
25 iyun 2024 , 11:57![Bakıda həbsdə olan separatçılardan YENİ XƏBƏR](https://lent.az/storage/news/2024/june/25/big/667a5687c52b5667a5687c52b61719293575667a5687c52af667a5687c52b2.png)
Bakıda həbsdə olan separatçılardan YENİ XƏBƏR
25 iyun 2024 , 09:33![Xankəndi prokurorluğunun inzibati binası istifadəyə verildi](https://lent.az/storage/news/2024/june/24/big/6679155121dbc6679155121dbd17192113456679155121db66679155121db9.jpeg)