XİN başçısı: “Heç bir ölkə daxili işimizə qarışa bilməz”
03 iyun 2009 12:15 (UTC +04:00)

XİN başçısı: “Heç bir ölkə daxili işimizə qarışa bilməz”

“Hansısa ölkənin bizim daxili işlərimizə qarışmasına imkan verməyəcəyik”.

APA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov son günlər İran rəsmilərinin Azərbaycanla bağlı verdiyi bəyanatlara münasibət bildirərkən belə deyib: “Azərbaycan öz xarici siyasətində digər ölkələrin daxili işlərinə qarışmır. Bizim xarici siyasətimiz Azərbaycanın mili maraqlarına uyğun olaraq aparılır. İranın hərbi qüvvələrindən gələn belə bəyanat bizdə sual doğurur. Biz Ermənistan rəhbərliyinin, yüksək məmurların İrana səfərlərini müzakirə etmirik. Heç bir ölkənin daxili işinə qarışmırıq və bizim daxili işlərimizə qarışmağa imkan verməyəcəyik”.

Nazir “Alov” yatağı ilə bağlı İranın neft sənayesi naziri Qulam Hüseyn Nozari bəyanatına da münasibət bildirib: “Vaxtilə bu məsələ ilə bağlı keçmiş prezident Heydər Əliyev İranla razılığa gəlmişdi ki, delimitasiya məsələsi bitməyənə kimi həmin yataqda heç bir iş aparılmayacaq. Azərbaycan Xəzərin hüququ statusu ilə bağlı konvensiyanın tezliklə qəbul olunmasına tərəfdardır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 872

Oxşar yazılar