Erməni əsgərlərin Azərbaycan tərəfə keçməsi rəsmən təsdiqləndi
01 iyun 2009 13:50 (UTC +04:00)

Erməni əsgərlərin Azərbaycan tərəfə keçməsi rəsmən təsdiqləndi

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası erməni hərbçilərin Azərbaycan tərəfə keçməsi ilə əlaqədar məlumat yayıb.

Lent.az-ın Komissiyanın saytına istinadən məlumatına görə, məlumatda bildirilir ki, 31 may 2009-cu il tarixdə, saat 13:00 radələrində Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində, Goranboy rayonu ərazisində, Ermənistan Ordusunun əsgərləri – 1991-ci il təvəllüdlü Harutunyan Ohan Vadinagiyeviç və 1991-ci il təvəllüdlü Tomosyan Gevorq Serjikoviç Azərbaycan tərəfinə keçiblər.

Hazırda həmin şəxslər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən saxlanılır və barələrində zəruri araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529

Oxşar yazılar