Həmsədrlər Bakıya gəliblər
29 may 2009 13:00 (UTC +04:00)

Həmsədrlər Bakıya gəliblər

ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıdadırlar. Lent.az-ın məlumatına görə, Metyu Brayza, Bernar Fasye və Yuri Merzlyakov mayın 29-da gecə saatlarında Azərbaycana gəliblər.

Bakıya İrəvandan gələn həmsədrlərin bu gün rəsmilərlə görüşlərə başlayacaqları bildirilir. Onlar orada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə müsahibə verən həmsədrlər bildiriblər ki, İrəvandakı görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin iyuna planlaşdırılan Sankt-Peterburq görüşündən əvvəl münaqişə ilə bağlı vəziyyəti müzakirə edilib.

əlverişsiz hava şəraiti həmsədrlərə Xankəndinə getməyə imkan verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 952

Oxşar yazılar