2008-ci il dövlət büdcəsinin icrasına dair hesabat təsdiqləndi
Azərbaycanda iqtisadi vəziyyətin nisbətən sabitləşməsi hökumətin bu sahədə tam arxayınlaşması üçün əsas vermir.
«APA-ECONOMICS»in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın 2008-ci il dövlət büdcəsinin icrasına dair hesabatın müzakirəsi çərçivəsində Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmovun sözlərinə görə, hazırda dünya neft bazarlarında mövcud qiymət əlverişlidir və yaxın gələcəkdə Azərbaycanın valyuta ehtiyatları artacaq: «Hazırda dünyada müşahidə olunan maliyyə böhranına baxmayaraq, Azərbaycanda manatın məzənnəsi sabitdir, nominal effektli məzənnə isə neytrallaşıb. Lakin bütün bu amillər Azərbaycanın arxayınlaşması üçün heç bir əsas vermir».
Bundan başqa, ölkənin baş bankiri AMB-nin son dövrdə gördüyü işlər barədə məlumat verib və qeyd edib ki, AMB uçot dərəcəsini 3%-dən 2%-dək endirib: «Hazırda Azərbaycanda likvidlik artır, pul kredit siyasəti isə yumşaldılıb».
Yaxın günlərdə dövlət ipoteka kreditləşməsinin bərpa olunacağını bildirən E.Rüstəmov həmçinin əlavə edib ki, kreditləşmə çərçivəsində sosial yönümlü ipotekaya da vəsait ayrılacaq. Belə ki, sosial ipoteka kreditləşməsinin şərtlərinə illik 4%, 30 il müddətinə maksimum 35 min manat vəsaitin verilməsi daxildir.
Qeyd edək ki, iclasın sonunda 2008-ci il dövlət büdcəsinin icrasına dair hesabat parlament tərəfindən qəbul olunub.
Xatırladaq ki, ötən il dövlət büdcəsinin mədaxil proqnozu 10 484 mln. manata qarşı 10 762,7 mln. manat icra olunub ki, bu da əvvəlki ilin analoji göstəricisindən 79,2% çoxdur. Büdcə gəlirlərinin ÜDM-ə nisbəti 28,3% təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7,1 faiz bəndi çoxdur. Büdcə xərcləri isə 11 060,6 mln. manat proqnoza qarşı 10 774,2 mln. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 77% çoxdur.

621