”Ombudsman haqqında” qanuna dəyişiklik edildi
Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə müzakirə edilib.
APA-nın xəbərinə görə, layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib. Ə. Hüseynov bildirib ki, layihə parlamentin müzakirəsinə MM üzvlərinin təşəbbüsü ilə çıxarılıb. Komitə sədri qanunun 4.2 və 4.3-cü maddələrinə dəyişiklik təklif edildiyini deyib.
O bildirib ki, 4.2-ci maddəyə təklif edilən dəyişikliyə əsasən, eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. 4.3-cü maddəyə təklif edilən dəyişiklikdə isə bildirilir ki, müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkil seçildiyi gündən bitmiş hesab edilir.
Deputatlar layihə ilə bağlı fikirlərini bildiriblər. Millət vəkili İqbal Ağazadə qanuna dəyişiklik zərurətinin səbəbləri barədə danışaraq indiki Ombudsmanın öz vəzifəsini yerinə yetirə bilmədiyini deyib: “Bu məsələdə uyğunsuzluq var. Çünki bu qanun Konstitusiya qanunu olduğuna görə 6 aydan sonra təkrar səsverməyə çıxarılmalı və bundan sonra qüvvəyə minməlidir. İyulda isə indiki Ombudsmanın səlahiyyət müddəti bitir. Arada yaranana boş vaxt necə həll olunacaq?”
MM-in I vitse-spikeri Ziyafət Əsgərov isə ona cavab olaraq “Narahatlığa əsas yoxdur” söyləyib: “Biz hazırda qüvvədə olan qanunla hərəkət edəcəyik. Altı aylıq boşluq problemi yaranmayacaq. İndiki Ombudsmanın səlahiyyət müddəti iyulda bitir. Qanunda edilən dəyişiklik sonrakı münasibətlərin tənzimlənməsinə aiddir”.
Z. Əsgərov onu da deyib ki, qanuna edilən dəyişikliklər demokratiyaya xidmət edir.
Millət vəkili Zahid Oruc da bildirib ki, bu dəyişiklikləri indiki Ombudsmana aid etmək mümkün deyil.
Müzakirələrdən sonra layihə qəbul edilib.

788