YAP-çı deputat NATO-nun tədbirində İranı ittiham etdi
NATO Parlament Assambleyasının (PA) ayrı-ayrı komitələrində "NATO-nun transformasiyası", "Avroatlantik təhlükəsizlik çağırışlarında Rusiyanın baxışları və Rusiya-NATO münasibətləri", "Kütləvi qırğın silahlarına qarşı mübarizə", "Qlobal maliyyə və kommersiya böhranı" və digər mövzularda müzakirələr aparılıb.
PA-nın komitələrində keçirilən müzakirələr bu gün başa çatıb. Lent.az-ın məlumatına görə, bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev məlumat verib. O, Assambleyanın yaz sessiyasının isə sabah keçiriləcək plenar iclasla yekunlaşacağını bildirib. Qüdrət Həsənquliyev Azərbaycan nümayəndə heyəti üzvlərinin Assambleyanın işində fəallıq göstərdiklərini və ayrı-ayrı məsələlər ətrafında diqqət çəkən çıxışlar etdiklərini vurğulayıb. Silahlı münaqişələr zamanı və münaqişələrdən sonra qadınlara olan zorakılıq" mövzusunda millət vəkili Məlahət İbrahimqızı çıxış edib.
Əfqanıstan, İran, Pakistan və Mərkəzi Asiya regionu ilə bağlı məsələnin müzakirəsində Azərbaycan nümayəndə heyətinin digər üzvü - millət vəkili Siyavuş Novruzov çıxış edib. İranda öz tarixi vətənlərindən yaşayan azərbaycanlıların ən adi hüquqlarının tanınmadığını və onlara qarşı basqıların olduğunu önə çəkən Siyavuş Novruzov Tehran-İrəvan münasibətlərinə də diqqət çəkib: "Bu gün İran Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanla yaxından əməkdaşlıq edir və dolayısıyla İrəvanın təcavüzkar siyasətinin davam etdirilməsinə dəstək verir".
Siyavuş Novruzov İranın Ermənistana dəmir yolu xətti, təbii qaz kəməri çəkdiyini xatırladıb və bildirib ki, bu ölkələrin beynəlxalq hüquq normalarına zidd davranışları bütövlükdə regionun təhlükəsizliyinə zərbə vurur.
BAXCP sədri isə Gürcüstanla bağlı məsələnin müzakirəsi zamanı çıxış edib: "Bizə təqdim olunan hesabatda Gürcüstandakı etnik münaqişələrin vaxitlə sabiq prezident Zvyad Qamsaxurdiyanın yanlış siyasəti nəticəsində baş verdiyi vurğulanmışdı. Mən bu yanaşmaya etirazımı bildirdim. Qeyd etdim ki, postsovet məkanında etnik münaqişələr yalnız Gürcüstanda mövcud olsaydı bəlkə də bu mülahizəylə razılaşmaq olardı. Ancaq oxşar problemlərlə Gürcüstanla yanaşı Azərbaycan da, Moldova da üzləşib. Bu münaqişələr Rusiyanın və onun himayəsində olan Ermənistanın qonşu ölkələrə ərazi iddiaları nəticəsində yaranıb. Rusiya bu münaqişələrdən yararlanaraq postsovet məkanı üzərində təsir imkanlarını saxlamaq istəyir".
Qüdrət Həsənquliyev öz çıxışında regionda gedən demokratik proseslərə toxunduğunu da bildirib: "Bu gün Rusiyanı narahat edən əsas məsələ Gürcüstanla Ukraynanın NATO-ya üzvlüyündən daha çox bu ölkələrin demokratik inkişaf yolu seçmələrilə bağlıdır. NATO onsuz da Baltikyanı respublikaların timsalında Rusiyanın sərhədlərinə yaxınlaşıb. Rusiyada, bunu açıq büruzə verməsələr də Baltikyanı ölkələri həmişə Avropanın bir hissəsi hesab ediblər. Bu baxımdan Litva, Latviya və Estoniya ilə bağlı məsələlərdə Moskvanın aqressivliyi bir o qədər də qabarıq nəzərə çarpmır. Rusiya Gürcüstan və Ukraynada baş verən demokratik proseslərdən, NATO-nın deyil, demokratiyanın sərhədlərinə yaxınlaşmasından narahatdır. Moskva bu proseslərin zəncirvari reaksiya doğuracağından, Cənubi Qafqaz, Mərkəzi Asiya vi digər bölgələri əhatə edəcəyindən əndişələnir".
BAXCP sədri Rusiyanın demokratik proseslərə, sabitliyə və münaqişələrin həllinə maneə yaratdığını konkret faktlarla Assambleya üzvlərinin diqqətinə çatdırıb.
Qüdrət Həsənquliyev hazırda Gürcüstanda baş verən proseslərin də arxasında məhz Kremlin maraqlarının dayandığını vurğulayıb: "Bu gün Gürcüstanda baş verənlər heç də Saakaşvilinin idarəçiliyi, yaxud guya hansısa repressiv rejim yaratmasıyla bağlı deyil. Rusiya Gürcüstandakı demokratiyanı boğmaq, gözdən salmaq istəyindədir. Bu baxımdan, HATO da daxil olmaqla bütün beynəlxalq təşkilatlar Gürcüstandakı demokratik proseslərə dəstək verməlidir. Əks təqdirdə demokratiya bütün Cənub Qafqaz bölgəsində, postsovet məkanında uğursuzluğa düçar olacaq".
Qüdrət Həsənquliyev çıxışının sonunda NATO-Rusiya münasibətlərinə də toxunub və qeyd edib ki, alyans Moskvaya təsir imkanlarını bir daha nəzərdən keçirməli və müstəqil siyasət yürüdən postsovet ölkələrinin inteqrasiya meyllərinə ciddi dəstək verməlidir.
NATO PA-nın yaz sessiyasında Azərbaycan Milli Məclisinin qurumdakı nümayəndə heyəti Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərliyi ilə təmsil olunur. Heyətə millət vəkilləri Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Məlahət İbrahimqızı və Tahir Süleymanov daxildir.
Xatırladaq ki, mayın 22-də Norveçin paytaxtı Oslo şəhərində HATO PA-nın yaz sessiyası işə başlayıb.
Pərvin ABBASOV

848