Vasif Talıbov yenidən YAP Naxçıvan MR təşkilatının sədri seçilib
Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika (MR) təşkilatının IV konfransı keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə, konfransda YAP Naxçıvan MR Təşkilatının mandat komissiyalarının və təşkilatın konfranslararası dövrdəki fəaliyyəti arasındakı hesabatlar dinlənilib, təşkilata sədr seçilib.
Konfransda Naxçıvan MR Ali Məclisinin sədri, YAP Naxçıvan MR təşkilatının sədri Vasif Talıbov məruzə edərək, ötən dövr ərzində partiyanın MR təşkilatının sıralarının xeyli genişləndiyini, hazırda partiya sıralarında 43 minə yaxın üzvün birləşdiyini qeyd edib. Təşkilatın fəaliyyət dövründə ərazi ilk partiya təşkilatlarının sayının da 22 dəfə artaraq, 800-ü keçdiyini vurğulayan V. Talıbov regionun bütün yaşayış məntəqələrində YAP-ın ilk təşkilatlarının fəaliyyət göstərdiyini bildirib. O, həmçinin partiya üzvlərinin 16 min nəfərdən çoxunu qadınlar, 18 min nəfərini isə gənclərin təşkil etdiyini deyib.
Sonra çıxışlar dinlənilib. Məruzəçilər V. Talıbovun yenidən YAP Naxçıvan MR təşkilatının sədri seçilməsi təklifini irəli sürüblər. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.
Qeyd edək ki, konfransda təşkilatın 37 nəfərdən ibarət Siyasi Şurası seçildikdən sonra Şuranın ilk iclası keçirilib. İclasda 11 nəfərdən ibarət İdarə Heyətinə, sədrin müavini və təşkilatın icra katibi postlarına seçkilər olub. Mirhəşim Seyidov YAP Naxçıvan MR təşkilatının sədr müavini, Anar İbrahimov isə icra katibi seçilib.

781